Mayis Ağabəyov

Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olmuşdur. O, 1961-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş və təhsilini Moskvada davam etdirmişdir.

O, 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun “Rəssamlıq” fakültəsini bitirmişdir. Mayis Ağabəyov təhsil aldığı illər ərzində M.Boqdanovun kursunda kino sənətini öyrənmişdir. O, ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlamışdır.

Monumental, tarixi filmlərin quruluşçu rəssamı olan Mayis Ağabəyov eyni zamanda rəngkarlıq, qrafika, heykəltəraşlıq nümunələri də işləmişdir.

Mayis Ağabəyov “Babək”, “Nəsimi”, “Nizami”, “Nə gözəldir bu dünya”, “Özgə vaxt”, “Qətl günü”, “Şirbalanın məhəbbəti”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Həyat bizi sınayır”, “Ürək…Ürək…”, “Günaydın, mələyim!” kimi bir çox dəyərli filmlərə tərtibat vermişdir.

O, “Ədəbi motiv”, “Qızılquş ovu”, “Ailə”, “Dua”, “Danaya”, “Süd verən qadınlar”, “Rəssam və model”, “Novruz”, “Lampa işığı”, “Şərq qadınları”  və s. rəngkarlıq və qrafika,  “Ana”, “Atlı qız”, “Toreador”, “Model” kimi kiçik plastika əsərlərinin müəllifidir.

Mayis Ağabəyov 1996-cı ildən pedaqoji fəaliyyətə başlamışdır. Elə həmin ildən Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, 2000-ci ildən Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” kafedrasının müəllimidir. Rəssam  2008-ci ildə qələmə aldığı “Filmdə rəssamın rolu” kitabının müəllifidir. Rəssamın əsərləri Moskvada Şərq Xalqları Muzeyində, SSRİ İncəsənət Fondunda, Bakı İncəsənət Mərkəzində, Azərbaycan İncəsənət Muzeyində, həmçinin, Fransa, Türkiyə, London, Vyana, Almaniya, Yaponiya, İspaniya və Rusiyanın şəxsi kolleksiyalarında saxlanılır. Mayıs Ağabəyov 1965-ci ildən bu günə qədər bir sıra beynəlxalq və respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. İlk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. 1996-ci ildə isə Türkiyədə sərgidə iştirak etmişdir. Onun 1994-cü ildə Fransanın Avinyon, 2000-ci ildə İngiltərə-London, 2002-ci ildə Baki İncəsənət Mərkəzi, 2005-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda fərdi sərgiləri keçirilmişdir. Rəssamın 2011-ci ildə 70 illik yubileyinə fərdi sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilmişdir.

Mayis Ağabəyovun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyin fondunda, Azərbaycan Rəssamlar İttifaqının fondunda, Moskva Dövlət Şərq Muzeyində saxlanılır.

Mayis Ağabəyov 1990-cı ildə əməkdar rəssam, 2000-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülmüşdür. O, 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 27 mart 2019-cu il tarixində “Emalatxanada görüş” layihəsi çərçivəsində  Xalq rəssamı Mayis Ağabəyovun emalatxanasında qonaq olduq.  Layihədə gənclər də iştirak edirdi.  Fərqli bir o qədər yaradıcı mühitdə təsviri sənət, kino rəssamlığı , heykəltəraşlıq haqqında müzakirələr apardıq.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma