Xanlar Əsədullayev

Xanlar Əsədullayev 1988-ci il dekabrın 9-u Siyəzən şəhərində müəllim ve mühəndis ailəsində anadan olmuşdur. O, 2003-ci ildə ADRA-nın nəzdində incəsənət kollecinin İnteryer dizayner ixtisasi üzrə təhsil almış, 2007-ci ildə bitirmişdir.  2007- 2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “təsviri sənət” fakültəsinin rəngkarlıq ixtisası üzre təhsil almışdır. 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqı gənc rəssamlar birliyinin üzvüdür. Təhsil aldığım müddətdə müxtəlif sərgilərdə, dövlət tədbirlərində, beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. Əsərləri şəxsi kolleksiyalarda saxlanılır. Təhsilini bitirdikdən sonra fəaliyyetini şəxsi Art Studiosında davam etdirmişdir.

Gənc rəssamın iştirak etdiyi sərgilər və layihələr

2005-Italiya Azərbaycan rəssamlarinin gözü ilə. Səttar Bəhlulzadə adina merkezi sergi salonu
2004, 2005, 2006, 2007, 2008 – Gənc rəssamlarən sərgisi. Səttar Bəhlulzadə adına mərkəzi sərgi salonu
2004, 2005, 2006, 2007, 2008,2010 2012, 2013,2015,2016 – Gənc Rəssamların sergisi.Rəssamlar İttifaqi.
2005,2006,2007-Novruz bayramına həsr olunmuş sərgi: Səttar Bəhlulzadə adına mərkəzi sərgi salonu
2010-Səttar Bəhlulzadənin xatirəsinə həsr olunmuş sergi mükafatçısı. Muzey mərkəzi.
2009 -Türkiyə Azərbaycan rəssamlarınin gözü ilə A.D.R.A fərqlənmə
2011- Azərbaycan foto turu layihəsinin 1 illik yekun sərgisi
2011-Rusiyada Azərbaycan mədəniyyət günləri
2012- Novruz rəngləri “ sərgi muzey mərkezi “
2011-Novruz bayrami ilə əlaqədar dövlət tədbiri
2011-Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Survive Azerbaijan”
2012-Beynəlxalq Istanbul simpoziumu
2012-“Art enerji” SOCAR–in təşkilatçılığı ilə.
2012-“Azərbaycan qonaqpərvərliyi” rəssamlarımızın gözü ilə “FOUR SEASONS HOTEL BAKU”
2012-“Venetsiya möcüzələri”. Muzey mərkəzi.
2013- “Rənglerin dialoqu” Muzey mərkəzi.
2013 – “Balıq bürcü” Muzey mərkəzi.
2013 – “Gözəllik sirləri” Muzey mərkəzi.
2013 – “Portretlərin melodiyası” Qəbələ III beynalxalq incesenet sergisi
2013 – Heydər Əliyevin 90 illiyi münasibıti ilə ”Heydər Əliyev Müstəqil
Azərbaycan Dövlətinin Memaridir ” rəsm musabiqəsi. 1969 resm qalereyası
2013 – Azərbaycan gənc rəssamların portret sərgisi. Avropa birliyinin
iqametgahı
2013 – Türkiyə- Azərbaycan Uluslararası karma resim sergisi. DOLMABAHCE
SANAT GALERİSİ Türkiye. İkincilik ödulu Kubok ve medal
2013- V Portakal çiçəyi beynəlxalq simpoziumu. Türkiyə Sakarya
2013- Bakının ışıqları rəsm sərgisi. Sərginin qalibi.
2014- V Portakal Çiçəyi beynəlxalq simpozium sərgisi. Port ART residance
Ankara
2015- Imago Mundi – “The art of Humanity-treviso” Luciano Benetton
fondunun təşkilatçılığı ilə beynəlxalq art layihə
2016- IV beynəlxalq incəsənət sərgi “İdman!Gözəlliy!Həyat!” mükafatçısı
2017- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
təşkilatçılığı ile ”Akvarel” rəsm müsabiqəsi.
2017-“Vətən burdan başlayır ” resm müsabiqəsi. Xətai sənət mərkəzi.
2017-“ART Rising” şirkətinin açılışı ile əlaqəli sərgi. Milli İncəsənət Muzeyi.
2017-“Vətənin tərənnümü” adlı Etüd müsabiqəsi. Xətai Sənət Mərkəzi.
2017- “Azərbaycan rəssamlarının payız sərgisi”. Ağ Şəhər Qalereyası

 

 

 

 

 

IMG_5166
“Çimərlik”

Bu əsər kətan üzərində, yağlı boya texnikasında işlənib. “Çimərlik” əsəri realizm üslubunda olsa da, yuxarı rakursdan təsvir olunduğu üçün bir sıra predmetlər şərti təsvir olunub. Suyun üzərindəki gəmilər, çətirlər, insanların istirahəti çox real formada təsvir olunub. Rəssam çimərlik abu havası təsvir etməyə nail olmuşdur. Əsərin koloriti tünd və açıq rənglərdən ibarətdir, lakin, daha çox açıq rənglərə üstünlük verilib.İşıqlandırma isə çox güclüdür.

IMG_5164
“Bakının ishıqları”

Bu əsər də dəzgah rəngkarlığı yağlı boya texnikasındadır. Memarlıq abidəsi təsvir olunub. Bu memarlıq abidəsinin bütün detalları incə şəkildə təsvir edilib. Qara fonda axşam vaxtı təsvir olunub. Qaranlığın içərisində memarlıq abidəsinin işıqlandırılması əsərə parlaqlıq qazandırır. Memarlıq tikilisini əsas işıqlandıran cəhət aşağıda işıq lampalarının təsviridir.

IMG_5167
“Narlarla naturmort”

“Narlarla natürmort” adlı əsər kətan üzərində yağlı boya texnikasında işlənmişdir. Realizm üslubunda, natürmort janrında işlənən bu əsər dəzgah rəngkarlığına daxildir. İsti və soyuq rəng çalarlarından istifadə olunsa da, tünd rəng çalarları üstünlük təşkil edir. İlk baxılan zaman güldan və içindəki güllər diqqəti cəlb edir .Bu güllər bir qədər kobud formada və tünd çalarlarda işlənmişdir. Ön planda verilən güldandaki güllərlə kontrast, ziddiyət təşkil edir. Çünki ön planda təsvir olunan  güllər açıq rənglərdə və daha incə işlənib. Narlar daha dəqiq formada təsvir edilib. Predmetlər səth üzərində müxtəlif formada düzülüb.

27496442_2053099938050296_1676202345_n
“Təssürat” yunan silsilesi

Mənzərə janrında təsvir edilmiş, kətan üzərində yağlı boya texnikası ilə işlənmişdir. Dəzgah rəngkarlığına daxil olan əsər, realizm üslubundadır. Rəssam mərkəzi baxış bucağından istifadə edib. Fonda memarlıq tikilisi verilib, önündə isə ağac. Açıq rəng tonlarında olan tikilinin yanında əlvan rəngli ağacın təsviri əsərə xüsusi dekorasiya qazandırır. Eyni zamanda süfrənn kənarındaki qırmızı naxışlarla vəhdət təşkil edir  Sakit formada verilmiş əsərdə heç bir dinamika yoxdur və yay ayları təsvir edilib. Günəş şüaları burada əsərin əsas işıqlanma mənbəyi hesab olunur.

27653810_2053100464716910_568273464_o

Əsər kətan üzərində yağlı boya texnikası ilə işlənmişdir, statik formadadır. Əsərdəki qapının təsviri, dipçəklərin quruluşu və s. realizm üslubundadır. Rəsmdə hansısa bir tikilinin təsvirini görürük. Burada qapının bir qədər aralı qalması insanlarda “qapının ardında görəsən nələr var?” düşüncəsini yaradaraq maraq oyadır. Burada müxtəlif, yaşıl, mavi, bənövşəyi, ag, qara rənglərin vəhdətdə verilməsi əsərə xüsusi bir dinamika qazandırır. Daha çox açıq rənglərdən, göy, yaşıl rənglər və çalarlarından istifadə edilib. Sadə kompazisiya olsada güllərin, dibçəklərin təsviri onu bir qədər  mürəkkəbləşdirir. Paralel şəkildə dibçəklərin düzlüşü diqqəti sırf qapıya yönəldir.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma