Orxan Qarayev

Orxan Qarayev 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur.  O, 2007-ci ildə Gəncə Uşaq rəssamlıq məktəbini,  2014-cü ildə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Müasir Rəngkarlıq” bölməsini bitirmişdir.
Azərbaycan Rəsssamlar İttifaqının Gənc rəssamlar birliyinin üzvüdür.

Gənc rəssamın iştirak etdiyi sərgilər və layihələr
2011 – ADRA tərəfindən təşkil edilmiş Sarah Knill Jokes’in ustad
dərsləri.
2012 – Dağıstanda keçirilən Beynəlxalq Gənclərin Təhsil Forumu «Kaspi 2012»
2012 – «AzNar» sərgisi.
2013 – Almaniyada, Berlinin Bakı-Berlin qalereyasında «Xocalı Faciəsi»nə
həsr olunmuş sərgi.
2013 – “Neft-Azərbaycanın xəzinəsi” sərgisi.
2013 – Gənc rəssamların «Gəncə» adlı qrup sərgisi.
2013 – «Rəsm günü»nə həsr edilmiş tədbir.
2013 – Türkiyədə keçirilən Beynəlxalq «Türk Dünyasının Genc Yetenekleri» Festivalı
2014 – «Art Energy-20» sərgisi.
2014 – YARAT muasir incəsənət mərkəzi tərəfindən keçirilən ARTİM layihəsi
çərçivəsində «Invasion Museum 2014» muasir incəsənət sərgisi.
2014 – «Müasir İncəsənətin Kuratorluq Tətbiqi» Sabina Şıxlinskaya
tərəfindən keçirilən kurs.
2014 – «In/Trend/out» muasir incəsənət sərgisi.
2014 – «Reanimation» sərgisi.
2015 – Gürcüstanda keçirilən Beynəlxalq «Fest I Nova Garikula 2015»
2015 – «Sırğa olsun» muasir incəsənət sərgisi.
2016 – YARAT muasir incəsənət mərkəzi tərəfindən keçirilən ARTIM layihəsi
çərçivəsində «Half Truth» muasir incəsənət sərgisi.
2016 – «İncəsənət dialoqu» adlı art performans.
2017 – «Ayaqqabi» sərgisi.
2017 – Gənclər gününə həsr olunmuş «Gəncliyin səsi» sərgisi.
2017 – Milli İncəsənət Müzeyində «Art Rising» şirkətinin açılış sərgisi.
2017 – 8-ci Beynəlxalq «Qız Qalası» İncəsənət Festivalı.
2017 – VI Beynəlxalq «Tullantıdan incəsənətə» sərgisi.
2017 – «Spectrum» adlı qrup sərgisi.
2018 – İsveçrədə «Baku-Moritz Award 2018» polo turniri
çərçivəsində keçirilən sərgi.

 

Ölümden sonra yaşam
“Ölümdən sonra yaşam”

“Ölümdən sonra yaşam” triptixi qara və ağ rəngin ziddiyyətini, mavi ilə sonsuzluğun qovuşmasını diqtə edir.  Məkan və zamansızlığın boşluğunda təsvir edilən obyektler birbirinə calaqlanmış vəziyyətdə ölümdən sonrakı yaşama doğru hərəkət edirlər. Obrazların ekspressiya və həyəcanı qorxuducu və ürpərdici şəkildə kətanın bütün səthini əhatə edir.  Yaşam və ölüm kvadratının içərisində təsvir edilən mücərrəd obrazların gərginliyi ölümdən sonrakı yaşamın huzurverici sakitliyinə qalib gəlir.

alkol
“Alkoqol”

Gənc rəssam “Akoqol” əsəri ilə cəmiyyətin diqqətini spirtli içkinin sui-istifadəsi nəticəsində yaranmış  psixi və fiziki asılılığın qurbanı olmağa yönəldiyini görmək mümkündür. Kətan üzərində isti rənglərin kontrastı həmin faciəni qabardır. Əsərdə spirtli içki şüşəsinin içərisində sıxışıb qalmış obraz çıxış üçün son cəhdlərini edir. Rəssam tamaşaçının diqqətini getdikcə artan və cəmiyyətin cazibəli bir o qədər dramatik görünən mədəniyyətə doğru hərəkət etdiyini təsvir etməyə yönəldib.

yol
“Yol “

Rəssamların ilham qaynağı şəxsi duyğu və xatirələrdən başqa, şübhəsiz gündəlik ətrafımızda baş verən dəyişikliklər , müşahidələr zamanıda meydana gəlir. Məhz bu tipli əsərlərdən biri gənc rəssamın “Yol ” əsərini ön plana çəkmək istərdim.  Tamaşaçını sarı və yaşıl rənglərin isti kontrastı bayağı görüntü ilə deyil, həm də təhtəlşüur səviyyədə cəlbedici gəlir.  Rəssamın baxış bucağı və müşahidələri bizim hər gün getdiyimiz yolların avtobus tutacaqları və oturacaqlarına çevrilib  və yaxud tam əksinə dəyişdiyini görmək mümkündür.  Bu illuziya cəhdi müxtəlif motivləri, adi bir obyektləri görməyə ,müxtəlif variantlı düşünməyə, dərk etməyə təhrik edir.

caydanlar
“Çaydanlar”

Çay mədəniyyəti hər bir azərbaycanlı üçün həyatın ayrılmaz tərkib hissəsinə çevrilib.  Rəssamın “Çaydanlar” əsəri natürmort janrında işlənmiş , ənənəvi çay stəkanı olan armudu stəkan, keramik çaydanlar, süfrəyə təqdim edilərkən yanıda verilən limon və qəndin təsviri tipik azərbaycanlının sosial həyat tərzini  ifadə edir. Fiquların təntənəsi, rənglərin birbirnə olan ahəngi qədim köklərə malik Azərbaycan çay mədəniyyətinin qonaqpərvərlik və dostluğun sivoluna çevrildiyini göstərir.

 

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma