Sakit Məmmədov

Məmmədov Sakit Qulam oğlu 1958-ci ildə anadan olmuşdur. O, 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Rəssamıq Məktəbini, 1981-1987-ci illərdə isə İ.E.Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasının “Rəngkarlıq” fakültəsini bitirmişdir.

Sakit Məmmədov tablolarında zəngin rəng palitrasından istifadə edərək  “Xatirə şəkli”, “Məşq”, “Falabaxanlar”,  “Toy”, “Metro”, “13 nömrəli avtobus”, “Həvəskar” “Emalatxana” (1997), “Xatirə şəkil” (1997), “Leninqrad xatirələri” (1997), “Yaşasın İstanbul” (1997), “Adəm və Həvva” (2000), “Oyun” (2003), “Səhnəyə hazırlıq” (2003), “Əbədiyyə doğru” (2006), “Bayram” (2006), “Ad günü” (2007), “Günaydın” (2009),  “Mən indi gəlirəm” (2009), “Mən hamıdan qəşəng düşmüşəm”(2010), “Mən yorulmuşam” (2011), “Yatmış mələk” (2013), “Xatirələr” (2014) və s. kimi əsərlərini yaratmışdır.

Rəssamın yaradıcılığında qadın obrazları xüsusi yer tutur. O,  “Alma ağacının altında” (2008),“Qara qız” (2009), “İstrahət” (2010), “Aktrisa” (2012), “Güzgü qarşısında” (2013),  “Küsəyən” (2015), “Qulaq asan” (2015) əsərlərində qadın gözəlliyini vəsf etmişdir .

Sakit Məmmədovun mənzərə tablolarına “Altıağac” (2003), “Səhər” (2007),“Çinarlar” (2008), “Neftçala” (2009), “Kəndimiz” (2010), “Moskva” (2010), “Bahar” (2012), “Quba” (2012), “Bazar” (2014) nümunə göstərə bilərik.   Rəssamın yaradıcılığında portret də önəmli yer tutur. “Aynur” (1988), “Atamın portreti” (1988), “Bağban” (1998), “Roma papasının portreti” (2004), “Nərgiz” (2010), “Turan” (2011), “Lala” (2012), “Rəssam” (2012), “Şəhzadə” (2013) və digər portretləri  buna nümunədir. Qrafik əsərlərindən “Gənc aktrisa” (2000), “Balerinalar” (2007), “Rəqs” (2011) rəsmlərini qeyd etmək olar.

Sakit Məmmədov 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

O, 2003-cü ildə Şah İsmayıl Xətai mövzusunda sərginin Qızıl medalına, H.B.Zərdabi adına fəxri diploma layiq görülmüşdür. Sakit Məmmədov 2005-ci ildə isə YUNESCO-nun Rəssamlar Birliyinə üzv seçilmişdir. Sakit Məmmədov Rusiyanın “Minilliyin adamı” medalına layiq görülmüşdür. Bu  mükafatı Vladimir Putin, patriarx II Aleksi kimi nüfuzlu simalar da almışdır.

Biz sizə  “Emalatxanada görüş” adlı layihənin ikinci mərhələsində gənc sənətşünasların iştirakı ilə baş tutan  görüşlərdəki müzakirələrə dair  hazırladıqları yazı materiallarını təqdim edirik .

Sakit Məmmədovun Rənglər Dənizi

Müasir Azərbaycan rəssamlığının görkəmli nümayəndəsi Sakit Məmmədovun əsərlərinə baxarkən düşünməmək mümkün deyil. Onun əsərləri ilk baxışdan insanı cəlb edir və ona ikinci dəfə baxmağa vadar edir. Rəssam sənətsevərləri əsərlərindəki obrazların emosional daxili aləminin əks etdirdiyi hisslərlə ovsunlayır. Rəssam işıq, rəng dəyərlərinə əhəmiyyət verərək, onlardan son dərəcə balanslı olaraq istifadə edir, anlıq təəssüratları dəyərləndirir və bunları palitrasında ölümsüzləşdirməkdən zövq alır.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” adlı layihə çərçivəsində 6 aprel 2017 tarixində dəyərli rəssamımız Sakit Məmmədovla maraqlı görüşümüz oldu. “Yaşayan” divarlarla əhatələnmiş ev muzeyində bizi qarşılayan sənətkarla söhbətimiz zamanı müvəffəqiyyətli karyerasını əldə edənə qədər yaşadığı müddəti və sənətinə dair maraqlandığımız bir çox sualı soruşduq. O da bütün səmimiyyəti ilə cavablandırdı. Rəssamın sənət fəaliyyətinin nümunələrində istifadə etdiyi rənglərlə nail olduğu canlılıq duyğusu hamımızın heyranlığına səbəb oldu. Onun yaradıcılığını fərqli edən və tamaşaçıların marağına səbəb olan cəhətlər özünəməxsus, əlvan və parlaq rəng qammasına, canlı ritmə sahib olan bir tərzinin olmasıdır. Sənətkar fırçasından çıxan rənglər və formalar, sizi əsərlərin içində qısa bir səyahətə aparır. Qeyri-ixtiyari olaraq, rəsmlərə diqqət yetirir və içlərindəki dərin mənanı açmaq üçün çalışırsan.
Sakit Məmmədov sənətinə hakim bir rəssamdır və müvəffəqiyyətli işləri ilə dünyaya  səs salmışdır.  Bu rəssamın rəng bilgisi və rəngarəng palitrasından ustalıqla istifadə etməsinin nəticəsidir. Əsərlərində əsasən, canlı və parlaq koloritin üstünlüyünü seçən rəssam onların bir-biriylə uyğunluğunun, tonlar arasında əlaqə, münasibət və harmoniyasının əhəmiyyətli olduğunu qeyd edir. Təbiətin rəngli oyununun nəticəsi olan və spektrdakı bütün rəngləri əks etdirən opal daşı Sakit Məmmədovun bütün yaradıcılığı boyu əsas ilham qaynağı olmuş və opalizm deyilən yeni istiqamət formalaşmışdır. Bu parlaq rənglər “Mən də ordayam”, “Səhnə arxası”, “Klounlar” kimi əsərlərdə fırça zərbələrinin məharətlə və ustalıqla işlənməsiylə həyat qazanır.
Sakit Məmmədovun tablolarına baxarkən sanki əvvəl işığa baxırsan. İşıq hamımıza çox təsir edir və insanın içi işıqla dolur. Qadınlar rəssamın sevimli obrazlarıdır. Rəssam obrazlarını yaradarkən daha çox onların özünəməxsusluğunu, gözəlliyini, zərifliyini, duyğularını tərənnüm etmişdir. Əsərlərdəki işıq hər zaman obrazın üzünü vurğulayır və bu da qadının duyğulu, zərif xarakterini önə çıxardır. “Yeni roman”, “Yatmış mələk”, “Şahzadə”, “Səbinə”, “Müğənni” və s. kimi əsərlərində obrazlara rəssamın simpatiyası hiss edilir. Sakit Məmmədovun əsərlərinin kompozisiya quruluşunda duyğu, düşüncə tarazlığı və poetiklik ön plandadır. Belə maraqlı əsərlərindən biri “Yeni roman” adlı tablodur. Burada isti yay günündə təsvir olunmuş qız gözəl təbiət fonunda kitab oxuyaraq istirahət edir və onu əhatə edən bu gözəllikdən həzz alır. Günəşin şüaları nəvazişlə sayrışaraq ağacların budaqlarının və yarpaqlarının arasından keçərək qadının üzündə, geyimində sanki rəqs edir. Qadının çəhrayı geyimi və üzü cavanlığını, sadəliyini və saflığını vurğulayır. Bu təsvirə baxarkən sakitlik, səmimilik, əxlaqi təmizlik və həyat sevinci hiss edilir. Bu məziyyətlər sənətkarın demək olar ki, bir çox əsərlərində müşahidə olunur.

Kərimli Nərmin

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 2-ci kurs Sənətşüanslıq magistratura tələbəsi 

SAKİT MƏMMƏDOVUN SİRLİ DÜNYASI…

Sakit Məmmədov 1958-ci ildə Neftçalada Balıqçı ailəsində anadan olub…
1974-78-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini , 1971-78-ci illərdə isə Repin adına Leninqrad Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsini fəqlənmə diplomu ilə bitirib. Hətta o, orta məktəb və Əzimzadə adına Rəssamlıq məktəbini də fərqlənmə  ilə bitirib. Onun rəsm əsərinə marağı uşaq yaşlarından yaranıb.
Əməkdar rəssam Sakit Məmmədovun 150-dən artıq əsərləri mövcuddur ki, hal –hazırda Bakıda yerləşən ev muzeyində görmək olar. Onun ideyalarını əks etdirən əsərləri sırasında “Qırmızı paltarlı qadın”,  “Yatmış Şahzadə”, “Adəm və Həvva”, “Bahar qızı”, “Şərq gözəli”, “Qırxıncı otağın sirri” və s. tablolar da daxildir.
Sakit Məmmədov 1983-cü ildən müxtəlif sərgilərdə iştirak edir. Onun əsərləri dünyanın məşhur qalereyalarında nümayiş olunur. Onların sırasında Puşkin muzeyi, Avropa Parlamenti, Fransanın Opera qalereyası, Türkiyənin Dolmabağça sarayının qalereyaları, İspaniya , Portuqaliya , İtaliya, Roma, Böyük Britaniya, ABŞ və dünyanın digər mötəbər qalereyalarında uğurla nümayiş olunur.
Sakit Məmmədov UNESKO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının akademiki, Minilliyin Adamı, Avropanın Şərəf ordeni, İtaliyanın Leonardo da Vinçi ordeni, Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, Portuqaliyada Festivalda Vera birincilik mükafatı, Beynəlxalq Vera mükafatı, Çingiz Aytmatov adına Beynəlxalq mükafat, Beynəlxalq Vətən Övladı və Dədə Qorqud mükafatları, Birincillik mukafatları və s. qızıl medal və mükafatlara layiq görülüb.
“Adəm və Həvva” mövzusunda İntibah dövrü rəssamlarından tutmuş çağdaş dövrədək bir çox rəssamlar müraciət edib. Bir-birindən fərqli olan tablolarda eyni mahiyyəti qavramaqla paralel fərqli yanaşmaları da görmək olar. Rəssamın bu əsərində fərqli cəhət Adəm və Həvvanın ilk dəfə olaraq göbəksiz təsvir olunmasıdır. Bu o deməkdir ki, onlar digər insanlar kimi doğulmayıblar. Eyni zamanda əvvəlki tablolardan fərqli olaraq rəssam burada fonda şeytan, yarpaq, ağacı yarpaqsız və s. motivləri əks etdirməməklə ənənəvilikdən uzaqlaşıb. Rəssamın söylədiyinə görə, əsərin fonunda əks olunan səma və üzərində iki ulduz “Hər insanın göydə öz ulduzu var” deyiminə əsasən təsvir edib. Burada iki ulduz dünyada qadın və kişi cütlüyünün hər zaman bir–birinə bağlı olan, yəni ayrılmaz qüvvə kimi mahiyyəti var . Eyni zamanda məhəbbətin, bərabərliyin sivmolu kimi oxumaq olar . Tabloya nəzər yetirdikdə rəng qammasına görə açıq koloriti, tonu və sadəliyi ilə diqqət çəkir.
Ümumiyyətlə, rəssamın əsərlərinə tamaşa etdiyimiz zaman kətan üzərində hətta tünd boyalar belə necə əks etdirilirsə yenə də al-əlvan təəssüratı oyadır. Rəsmlərində isti rənglərə müraciət daha çox diqqəti cəlb edir. Bu onun daxilindən irəli gələn xoş ovqatdan asılıdır. Eyni zamanda o, əsasən , qəmgin-kədərli deyil, müsbət hisslər oyadan əsərlər yaradır. Düşüncələrini rənglərin məna-məzmun tutumu ilə qovşaqda gerçəkləşdirən sənətkar çox vaxt bu rəngarəngliyi duyulası tutumda ram etməklə onların ümumi kompozisiyanın ruhuna uyğunlaşdırmağa, onun bütövlüyünü əldə etməyə nail olmuşdur.
Etiraf edək ki, sənətin müxtəlif növlərində təsvirin incəliyinə və xırdalıqlara nail olmaq nə qədər çətindirsə, görünənlərin duyulası şərtilik və geniş bədii ümumiləşdirmələrlə ifadəsi ondan da çətindir. Ümumiyyətlə, fikrin yığcam-bayatı tutumunda ifadə edilməsi hər zaman mürəkkəb olub və bu yüksək sənətkarlığın göstəricisi sayılıb.
Sakit Məmmədov yaradıcılığını tədqiq etdikdə çox zəngin, rəngarəng və müxtəlif məzmunlu əsərlər görmək olar. O, müxtəlif janrlarda əsərlər yaradıb….Onun yaradıcılığına nəzər yetirdikdə görmək olar ki, o daha çox portret janrına müraciət edir və bir çox qadın obrazlarında əsas diqqəti cəlb edən detal , onların baxışlarıdır. Çünki gözlər sanki qapalı, sirli şəkildə əks etdirilir. Bunun səbəbi Şərq qadınlarına məxsus olan və insanı cəlb edən gözəl gözlərin və üzərində parlaq nöqtə mühafiz baxımıdan sanki bədnəzərdən hifz olunmaq naminə kölgədə verilir. Sakit Məmmədov portretləri opalizm üslubunda işlənməsinə baxmayaraq canlı, psixolji dili ifadə edəcək tərzdə çox ustalıqla yaradır. O, bu janrda həm yeniyetmə , həm gənc qızlar, həm yaşlı insanlar, həmdə müxtəlif təbəqənin , statusun nümayəndəsi olan insanların sürətini yaradıb. Bu personajların simaları sanki işıqlandırılmış, nurlu təsvir edilir. Çox maraqlıdır ki, portret diqqət etsək görmək olar ki, bir çox rəssamlardan fərqli olaraq rəssam portreti yaradan zaman simaları işıqlı, geyimlərində isə obrazdan asılı olaraq müxtəlif mahiyyətli yeni bir mövzu canlandırır. Doğurdan da bu janrda olan əsərlərində müxtəlif səhnələr canlanır. Rəssam eyni motivli, şablon təsvirlərin təkrarlanmasını sevmir. Bunu hər zaman qeyd edir ki, daim fərqli əsərlər yaratmaq lazımdır ki, … Həqiqətən də bu fərqlilik rəssamın daxilindən irəli gələn bir qüvvədir ki, bu da onun əsərlərinin sevilməsinə səbəb olur.
Onun “Bahar qızı “ əsərində ənənəvi təsvirlərdən fərqli olaraq tam başqa təəssürat canlanır. Tablo kolorit cəhətdən açıq tonlu , al-əlvan olmaqla insanın gözlərini oxşayır. Bahar qızı adından da göründüyü kimi gözəl simalı və sanki gerçəkmiş kimi baharın canlanmasını əks etdirir. Rəssamın görüntüyə gətirdiyi çeşidli nemətlər, fauna və flora motivləri – gül-çiçəklər, heyvan və quş təsvirləri ecazkar görkəminə və rəng ovqatına görə göz oxşayırlar. Onun təqdim etdiyi nar, ağac, gül, ördək,eləcə də quş, həm də rəssamın yurdumuzun zəngin təbii sərvətlərə malik olduğunu sərgiləmək istəyini özündə yaşadır. Rəssamın ümumi kompozisiyanı təşkil edən bu atribut-detalların bir-biri ilə uğurla çulğalaşmasına nail olmasındandır ki, son nəticədə onun əsərlərinin ümumi tutumu mürəkkəbliyini sərgiləməklə yanaşı, onların özünəməxsusluğu duyulan yeni biçimini də əyaniləşdirilmişdir.Gənc qızın ətəklərində Bahar fəslinin bəxş edəcək bolluq-bərəkəti təsvir edilib. Eyni zamanda bu torpağın zəngin bərəkətindən də xəbər verir. Burada ördək balaları, limon, nar, armud , yumurta , quş və s. əks olunub ki, bunlar qeyd etdiyimiz kimi bərəkətin simvoludur. Nar Azərbaycan torpaqların da yetişən meyvə olaraq vətəni və artım, bolluq və s. mənalarda ifadə edilir. Göyərçin- sülhün rəmzi , şam- gələcəyin, ümidin, işıqlı həyatın simvolu və s. sadalamaq olar. Əsərdə sanki göz muncuqu təsvir edilib ki, bu da bədnəzərdən hifz olunmanın rəmzidir….Əsas maraqlı məqamlardan biri də bahar qızının simasına diqqət yetirsək Leyla Əliyevanın portreti olduğunu söyləmək olar….
Sakit Məmmədova görə, rəssam ideal əsər yarada bilməz. O hər zaman söyləyər : “ İdeallıq yalnız Allaha məxsus bir məfhumdur. …yalnız Yaradan bizi əhatə edən hər bir strukturu mükəmməl şəkildə yaratdı. Sadəcə olaraq biz gördüklərimizi hiss və duyğularımıza əsaslanaraq əyani şəkildə əks etdiririk.  Sözsüz, ən böyük rəssam Allahdır. Opal daşına nəzər yetirdikdə istənilən hər bir rəngi, çaları və tonları görmək olar. “Sadəcə olaraq Allahın bəxş etdiyi varlıqları və yaradılanları görməyi bacararaq təxəyyül vasitəsilə kətan səthində əks etdirmək olur. O, qeyd edir ki, “ Dünyaca məşhur olan Leonardo da Vinçi, Rembrandt, Salvador Dali və d. insanların kəşf etdiklərini heç də ilk dəfə onlar yaratmayıblar. Rəssam məlum olduğu kimi Opalizm cərəyanının əsasını qoyub və bu opal daşından qaynaqlanır. Bununla o qeyd etmək istəyib ki, biz rəssamlar fırçalarla yaratdığımız rənglər ilk olaraq təbiətdə yaranıb.
Rəssam onun əhatə edən insanların yaltaq, özünün dediyi kimi artist olmalarını heç sevmir və hər zaman söyləyər ki: …“Mən, eyni zamanda, bunu söyləyə bilərəm ki, aktyor rolu icra etmək məqsədilə oynamalı, amma gündəlik həyatında artistlik etməməlidir. İnsan səmimi olmalıdir” . Rəssamın “ Klounlar “ əsərinə geniş açıdan baxsaq bu mahiyyəti görmək olar. Daha geniş mənada Klounun vəzifəsi insanları güldürərək əyləndirməkdir. O, vəzifəsini icra etmək məqsədilə təlxəklik edir. Tabloya baxdığımızda müxtəlif çalarlı rəng qamması, dinamika, isti rənglərdən istifadə etdiyini görmək olar və , əbəttə ki , yüksək təsir oyadan ifadə vasitələrindən istifadə etməsinə baxmayaraq , əksinə… Əsərin adı ilə bağlı olaraq elə təsəvvür yarana bilər ki, Klounlar obrazı , əlbəttə, gülərüz, şən simanın canlanmasıdır. Amma burada sanki əks personajlar canlanır. Bədii məkanda təsvir olunan kütlə baxımdan demək olar ki , bu obrazlar fani dünyada insanların simasında ifadə olunan müsbət əhval-ruhiyyə sərgiləyən yalancı gülüş, sevinc və s. müsbət psixoloji əlamətləri deyil, əksinə insanların mövcud durumda olan əsil daxili aləmini əks etdirib. Bununla demək olar ki, bu əsərin çox dərin mahiyyəti var. Burada həm insanların qarşılıqlı münasibətində baş verən ədalət və ədalətsizlik tavırları , həm baş verən qlobal məsələlərin insanlara təsiri və s. bir çox mənalar ifadə edir. Bütün bunlara baxmayaraq kətan üzərində müxtəlif rəngarəng koloritin ifadəsi kimi insanlar keşməkeşli həyat yolunda hər zaman klounlar kimi inam və qürurla irəli addılamağa davam edir. Əsərdə həm görünən, həm görünməz, həm də bir hissəsi qapalı, bir hissəsi açıq simalar bu dünyada müxtəlif tipli insanları- açıq sima müsbət xarakterli, qapalı sima heç də düşündüyümüz kimi müsbət xasiyyətli insan deyil, əksinə cildlənmiş obrazı, həm açıq, həm qapalı isə mənfi – müsbət, yəni iki xasiyyətli insanı ifadə edir. Əsərin hansı rəng tоnunda işlənilməsi оnun məzmunundan asılı оlaraq dəyişir. Оna görə də tablоnun kоlоriti isti və sоyuq, açıq və ya tutqun, yumşaq və ya sərt, cazibədar və ya sönük оla bilər. Klounlar tablosunda koloriti isə, əsasən, isti, tutqun və sərt rənglərdən istifadə olunub. Rənglər bir – birinə uyarlığı, ahəngdarlığı ilə seçilir. İsti rənglər daha çox nəzəri cəlb edir, yaxınlıq hissi yaradır. Bu rəng tonları fiziki gücü, enerjini, dinamikanı artırır, eyni zamanda obrazların psixoligiyası ilə əlaqələndirmək olar. Kətanda ,əsasən , fonda verilən qırmızı rəng gənginlik və s. mənada ifadə edilirsə , bunu dünyada baş verən qlobal problemlərlə əlaqələndirmək olar.
Təsviri incəsənətdə simvollar məzmun xarakteristikalarına müvafiq qruplaşdırılırlar. Bu xarakteristikalar fiqurativ formaların, işarələrin, atributların deşifre edilməsi ilə ifadə olunurlar. Lakin Sakit Məmmədovun yaradıcılığında fiqurativ, atribut və s. qruplarda olan simvolları çox nadir hallar da görə bilərik. Çünki o, çox simvollara meraciətetməyi sevmir. Amma, əlbəttə ki, digər rəssam kimi bəzi məqamlarda sadalanan simvolikadan istifadə edir.
Rəssam Sakit Məmmədov Azərbaycanın digər rəssamlarından fərqli olaraq istənilən məzmuna müraciət edib . Bu əsərlər həm və müharibə, həm qlobal məsələlər, həm gündəlik həyatımızda baş verən məişət məsələləri və s.
Rəssamın əsərlərindən biri də “ Mən də ordayam” tablosudur. Bu əsər məzmununa görə çox maraqlıdır. Burada rəssamın söylədiyinə görə, dünyanın ən məşhur parçaları təsvir edilib. Bu parçalardan biri də özüdür. Bu bahalı parçalar insan obrazında verilib. Bu əsərdə təsvir olunan obrazların simaları qara rənglə kölgədə verilir və hər bir insan özəl və dəyərlidir fikrini çatdırır. Əlbəttə, bəzi istisnalar olmaqla…..Əgər əsərə diqqətlə nəzər yetirsək rəssamın yalnız yüksək təbəqənin nümayəndələrini deyil, eyni zamanda aşağı təbəqənin insanlarını da təsvir etdiyini görmək olar. Bu rəssamın ədalət və dərin zəkaya malik olduğundan xəbər verir. Yəni hər iki təbəqədən olmasına baxmayaraq insan mənəviyyatı ilə seçilməlidir. Rəssam , şöhrət və bir çox nailiyyatlərinə baxmayaraq hər zaman özünü insanlar arasında görən bir şəxsiyyətdir. Əsəri bir çox mahiyyətlə açıqlamaq olar. Bunlardan biri də dünyanın ən məşhur parçaları əks edilib və bunlardan biri də kəndisidir desək bu cür açıqlamaq olar: bu parçalar görkəmli insanları simvolizə edir. Deməli bu görkəmli şəxsiyyətlərdən biri də Sakit Məmmədovdur. Rəssam bunu “Mən də ordayam” deməklə..Qısacası, rəssamın sözləri ilə desək , “ insanlar bu dünyada əbədi yaşamır, bir gün gələn zamanı gəldikdə bu dünyadan gedəcək. Hər kəs bərabər hüquqlara malik və bir digərindən nə üstün, nə də əskik deyil” ifadəsi ilə …
…Təsviri Sənətdə konsprisasiya müraciət edilir ki, bu da əsərə tamaşa edən resipiyentin daha da ilgilənməsinə səbəb olur. Demək olar ki, bir çox rəssamlar kimi Sakit Məmmədovun da əsərlərində gizli məqamlar var ki, bəlkə də bir çoxları bunu görə bilmir. Bu onun sirli dünyasından , aləmimdən xəbər verir… Sakit Məmmədovun əsərlərinə diqqətlə tamaşa etsək görərik ki , o çox maraqlı rəsm manerası və təkrarolunmaz yaradıcıllıq texnikasına malikdir. Hətta düşünmək olar ki, kopyaçılar belə o cür texnikanı təkrar edə bilməzlər.
Bir rəssamın əsərlərinə diqqətlə baxdığımızda onun hansı xarakterə malik olduğunu oxumaq olur. Sakit Məmmədovun əsərlərində isə ilk öncə fərqlilik nəzərə çarpır. Onun əsərlərində çox dərin mahiyyət – xoş təəssüratlar, şənlik, səmimiyyət, mehribanlıq , ədalət, vətən sevgisi, insan sevgisi , bir sözlə, məhəbbət hissi ve duyğuları duyulur. Necə ki, “Dünyanı məhəbbət xilas edər” məfhumunu onun əsərlərində oxumaq olar. Doğruda da onun əsərləri insanda ifadəolunmaz gözəl təəssüratlar oyadır və bunu Sənətkarın bizə zəngin irs buraxacaq sənət nümunələrinin timsalında izləməklə əmin olmaq mümkündür. Onun zəngin təxəyyülünün nəticəsi olan sənət nümunələrini mülki və ictimai tikililərin divarlarını, dünyanın ayrı –ayrı muzey və qalereyalarını uğurla bəzəməkdədir.
Onun yaradıcılığı haqqında illərlə yazsaq bitirmək olmaz. Hər zaman yaradıcılıq yolunda uğurlar diləyilə….

Rzayeva Türkcahan Zəfər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti II kurs Sənətşünaslıq tələbəsi

Sakit Məmmədov

Azərbaycanın dünyaca məşhur rəssamlarından biri olan  Sakit Məmmodov Neftçala rayonunda anadan olan İsmayıl Əhmədzadə, Mir Səlim Əsədov və Şamil Nəcəfov kimi görkəmli şəxsiyyətlərdən biridir. Sakit Məmmədov  uşaq yaşlarından rəsmlə məşğul olsada heç vaxt məktəb dərslərini axsatmayıb. Bununla belə o yenə də dərs müddətində rəsm işləyirdi.

Sakit Məmmədovun əsərləri içərisində qadın obrazı olan təsvirlər üstünlük təşkil edir. Xüsusilədə qadın gözəlliyinə diqqət yetirirdi. O yaratdığı Azərbaycan xanımlarının portretlərində gözlərə önəm verirdi. Gözləri kölgədə və yaxud da tül ilə örtülmüş halda təsvir edirdi.(“Səbinə”, “Müğənni”, “Şahzadə”)

Sakit Məmmədov yaradıcılığında əlvan rənglərə daha çox üstünlük verirdi. “Mən dərdi kətana çəkmirəm..insanlarda xoş təəssürat yaratmaq üçün əlvan rənglərdən istifadə edirəm”. Əsərlərini qız övladına bənzətdiyi üçün rəsmlər bitdikdən sonra onları satmırdı. Qız övladı kimi onlarında böyüməsini gözləyirdi. Həmin əsərlərin gedəcəkləri yer belə Sakit Məmmədov üçün önəmli idi.

Akademik rəssam olan Sakit Məmmədov opalizm adlı məktəb yaratmışdır. Yaratdığı əsərlər opal daşına bənzəyirdi və bu haqda kitab da çap ediləcəkdir. Sakit Məmmədov sübut edirki, bütün rəngləri, təbiəti Allah yaradıb yeni bir çalar icad edilməyib. Portretlərində əsasən öz təxəyyülünə məxsus olan geyimlərdən istifadə etmişdir. Bunlarda Azərbaycana məxsus olan milli geyimlərdir.

Sakit Məmmədov yaradıcılığında əlvan rənglərə üstünlük versədə,tünd rənglərdən də istifadə edirdi. “Kor kişi” əsərində tünd çalarlardan istifadə olunmuşdur. Portret janrında olan bu əsərdə yaşlı nurani kişi təsvir edilib. Gözləri tutulmuş bu kişinin əlindəki lentlə keçmiş günlərini yada salır.

Ağayeva Firuzə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti II kurs Sənətşünaslıq tələbəsi

Sakit Məmmədov

“Rəssam dünyası elə bil dünyadı ki, həm zövq verici və bəzəndə kədərləndiricidi” deyən əməkdar rəssam Sakit Məmmədov əsasən yardıcılığında bu dünyadan aldığı zövqləri tablolarına köçürür.  Rəssam daha çox xoşbəxtliyi və gözəlliyi təsvir etməyə çalışır buna səbəb kimi isə öz əsərləri ilə insanlara müsbət enerji aşılamaq eyni zamanda da onları öz problemlərindən müəyyən vaxt çərçivəsində uzaqlaşdırmaq istəyir. Sakit Məmmədov öz istəyinə nail olur desək yanılmarıq çünki onun əsərlərinə baxarkən rəngarəng və heç bir mənfiliyi olmayan dünyanı görürük. Rəssam üçün xoşbəxtlik əsasən bayram günlərini və dünyanın ən qiymətli cəvahiri sayılan qadınları təsvir etməkdir. Sakit Məmmədov yaşadığımız dünyanda olan müharibələr, dini və irqi ayrıseçkilik, məzlumların zalimlər tərəfindən əzilməsi və digər bunlar kimi insan ruhunu sıxan və yaradıcı insanlara mənəvi əzab verən problemləri daim düşünür. Bütün bunları nəzərə alaraq  dünyamızı qırmızı və qara rəngdə görən rəssam ağ rəngin qalib olmasını və qanın, dəhşətin hakim olduğu yerlərdə sülhün və əmin-amanlığın bərqərar olunmasını istəyir. Bunun üçündə öz fırçasını, tablolarını və rənglərini dünyada olan haqsızlıqlara qarşı olan müharibədə silah kimi istifadə edir.

“Qırxıncı otağın sirri” və “Məndə ordayam” əsəri rəssamın ideasını əks etdirən əsərlər sırasına  daxildir. O “Məndə ordayam” əsəri vasitəsi biz bu dünyada əbədi deyilik bir gün gələn bir gündə gedəcək və kimsə digərindən o qədərdə üstün deyil mesajını verir. “Qırxıncı otağın sirri” əsəri dünyada olan açılmamış qapıları və insanlar yaşadıqca yaşayan sirləri və qadının gücünü özündə təcəssüm etdirir.

Sakit Məmmədov yaradıcılığı bir xəzinədir və hal-hazırdada bu xəzinə qiymətli cəvahirlərdən daha dəyərli olan əsərlərlə zənginləşir.

İbrahimov Anar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti III kurs Sənətşünaslıq tələbəsi

Творчество Сакита Мамедова в «цитатах»

Перед тем, как вступить, хотелось бы сказать несколько слов об искусстве и творчестве. Искусство – вечная волна, что плещется над всеми нами и над землей и мыслями этого мира. У некоторых из нас искусство – форма творчества(преобразовано посредством визуального восприятия с эстетическими понятиями самого автора в материальное ценное), а у некоторых оно просто живет в глубине души или же не находит света в жизненных цветах.

В настоящее время в Азербайджане художеством занимается немало народу, среди которых c легкостью можно назвать Сакита Мамедова.

Сакит Мамедов родился 5 августа 1958 года в Азербайджане, в городе Нефтчала. В 1974- 1978 годах получил образование в Азербайджанском Государственном Художественном Училище имени Азима Азимзаде, которое окончил c отличием. В 1981-1987 годах учился в Санкт-Петербургской Академии Художеств, которую тоже окончил с отличием. Удостоен престижной российской премии  «Человек тысячелетия». Заслуженный художник Азербайджана, член Союза художников ЮНЕСКО , Почетный Академик Российской Императорской Академии Художеств.

«Я не создал ничего и это не новаторство. Все создано до нас всех. Мы лишь продлеваем то, что уже высказано Богом природе. И все загадки природы для каждого из нас открывают свои тайны столь разными путями, которых мы позже замечаем как привычных для нас вещах». Этими словами выразился художник, когда я ему задал вопрос о его творчестве, исходя из того как можно выразить слово новаторство и как можно найти тому ключ? Рассказывая о том, как он столкнулся с камнем «опал» и как нашел света термин «опализм», художник раскрыл выражение «привычных для нас вещах»- « Пятнадцать лет назад я тоже рисовал, увы, тогда я не имел представления, что эта гамма цветов и это основа кистей меня поднимет столь верх. Но однажды, открыв этот камень я был ошеломлен тем, что дарованное мне Всевышним это с детства во мне. Ведь все в природе существует- только некоторые находят рано, а некоторые позже. Любовь и сознательность- это и есть ключи ко всему. Экстраординарная основа цветов так и должна быть создана, чтобы смогла показать подлинность принадлежности «марки» определенной особе…… Любое из этих полотен в какой-то степени идентично с одним из тех камней»- говорит художник , указавший пальцем на несколько полотен, одни из которые выполнены пастелями, а другие масляными красками. Действительно ли это так?

-Находясь в зале, меня привлекло ряд произведений, в число которых входило произведение «Bayram»-«Праздник».  Глядя на основу произведения можно заметить темно-бирюзовый цвет, что символизирует жесткость и тяжесть. А ночь с полнолунием дополняет темную основу своей гармоничностью. Произведение вознаграждает нас иллюзиями- откуда двигается этот народ и куда? Где праздник? И действительно ли это праздник? – Вникнуть в произведение не столь легко. Но, обратившись к левой части , можно дать себе войти в этот мир- мир полный цветов. Народ- это женщины, как столь привычно для произведений Сакита Мамедова и, которые столь тождественны с полной луной, которая тоже носит символику Матери-Богини, Царицы Небесной. Так и луна в отдельности воплощает идею амбивалентности(смерти и жизни), наряду указывая на художественную «тайну». И это несомненно символизирует воплощение негативных, пассивных основ, показывает возможность Хаоса. Они двигаются по стороне вперед и только разноцветность передней части, которая освещена загадочным источником света конспирирует произведение. Над нами берет верх первая волна толпы, которая двигается на нас и выходит за пределы рамы произведения, а впоследствии чувствуем, как народ позади, находящийся в правой части, издает «крик» скрещения и позволяет составить линейную графику для произведения. Следовательно, назвать таких контрастов по отношении  названию произведения(«Байрам»- Праздник) нельзя считать правдивыми. Можно это назвать «Побегом». Побегом от смерти. Желания найти убежище не позволяют и эти цвета, скрывающие основной принцип выражения произведения; и эти свечи, которые открыто заявляют о преградах, доказывающих невозможности нахождения убежища от «покоя», который постигнет каждого из нас. В произведение внедрена всемирная правда : всему служит конец и праздность. Всему этому служат слова автора, как ответ на вопрос «Считаете ли вы художественную задачу бесконечной?»- « Да, задача бесконечна, нельзя отдаться изображению всего- надо знать, где следует остановиться. Краски же тоже не бесконечны….». Этими словами автор показывает свое совершенство владения кистью и необыкновенностью чувства восприятия гаммы палитры. Также невозможно избежать этих женских, интенсивно заполненных черными мазками, глаз, которые всегда скрыты под загадочной вуалью, называемых автором символами востока; и ,которых он якобы защищает от «сглаза» посредством дополнительной драпировки.

Женщины же в творчестве Сакита Мамедова легко сравнимы с бесконечными образами творчества Густава Климта, которые не носят столь хаотического характера как у Сакита Мамедова. Если у Климта они имеют конкретных моделей, то здесь их проследить невозможно. А отклик Сакита М. на причину изображения всех «героев» в «спокойной гамме», которая кажется при первом обращении к произведениям- «Я всегда хочу изображать все и всех в светлой основе потому, что свет делает людей сильными, а сила побеждает смерть»- вполне подобающе цитате Эль Греко.

Все перечисленное прекрасно изображает грамоту его изображений и знаний!

Rəsul Davudov

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti II kurs Sənətşünaslıq tələbəsi

Пылающий опал и живая плоскость

У каждого человеческого изобретения, рано или поздно, появляется теоретическое толкование.C развитием  изобразительного искусства человек начал изучать его и классифицировать. Следовательно, живопись, одну из основных видов  изобразительного искусства, разделили на виды, стили и жанры. Художники, в свою очередь, до 20 века придерживались установленных канонов в мире искусства. Но, как известно на арену выходит такое понятие как искусство свободного выражения, где  художник   может, как игнорировать  нормы и правила, так и опираться на любые художественные традиции. Так как  чем прогрессивнее мир, тем труднее загонять себя в какие-либо  рамки.  Поэтому, все больше  современных художников создают свои произведения на понятном  им языке, а есть такие, которые называют свое искусство сами.  Одними из таких художников являются знаменитые  у себя в странах  и не только, Сакит Мамедов и Такаши Мураками.  Выбор их стилей можно обосновать исторически. Так сложилось, что азербайджанское изобразительное искусство с самого его появления выделялось своим  колоритом ,а японское  наоборот, строилось на формах и силуэтах, вот и выбор художников в формировании своих стилей пал именно в этом направлении.

Как упоминалось ранее, одним из создателей собственного стиля,  своеобразной школы, является  заслуженный художник Азербайджана Сакит Мамедов. Если рассматривать его живописные  работы, то  сразу в глаза бросаются горящие краски, будто драгоценный камень  подставили под  палящее солнце. А это все оттого, что художник в своем творчестве использует окраску камня опал, в основном  пород болдер, гидрофан, огненный и благородный опал. Это оригинальное колористическое решение и повлекло за собой  создание такого стиля как опализм.  Художник окрашивает в эти завораживающие переливающиеся  цвета платья и украшения своих прекрасных дам, костюмы излюбленных артистов, безграничные цветочные поля . Наряду с художником к этому стилю прибегают и его ученики.

С другой стороны один из ярких представителей мирового поп искусства Такаши Мураками придумывает  термин superflat, что означает суперплоскость. И как объясняет  сам художник “Для Японии важно ощущение плоскости. Наша культура не обладает 3D-формами. 2D-формы, утвержденные в исторической японской живописи, сродни простому, плоскому визуальному языку современной анимации, комиксов и графического дизайна”. Это, в свою очередь, проявляется в его собственной живописи, она совмещает в себе аниме (японская анимация, икона современного японского искусства) и укие-э (традиционная японская ксилография). Так художник проносит через свое искусство визуальную культуру от прошлого к настоящему. Мураками также покровительствует художникам, которые являются последователями движения. Он создал компанию под названием Kaikai kiki Co. Ltd которая занимается продвижением молодых художников, в их числе Чихо Аошима, Ая Такано, Tинацу Бан, Махоми Куниката и Рей Сато.

Человеческий разум безграничен, а значит и идеи неиссякаемы. И, за счет  художников новаторов, одними из, которых являются   Сакит Мамедов и  Такаши Мураками появляются новые веяния, обогащающие как терминологию искусства, так и его выразительные средства.

Manafova Əminə – gənc sənətşünas

 

 

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma