Nərminə Vəliyeva

Nərminə  Vəliyeva 1989-cu il yanvarın 1-də Bakı şəhərində anadan olmuşdur. O, 2006-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinin bakalavr, 2010-cu ildə isə  magistr pilləsinə daxil olmuş və fərqlənmə diplomu ilə bitirmişdir. O, hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır.

O, 1999-2000-ci illərdə BMT xətti ilə keçirilən müsabiqələrdə qalib gəlmiş, əsərləri buraxılan təqvimlərə daxil edilmişdir. 2000-2002-ci illərdə Ukraynanın Donetsk şəhərində keçirilən Beynəlxalq “Sualtı fantaziyalar”müsabiqəsinin  laureatı adına layiq görülmüş və əsərləri Fransanın Trua şəhərinə Sualtı fantaziyalar  muzeyinə  göndərilmişdir. Nərminə Vəliyeva 2000-ci ildə gümüş, 2001-ci ildə Yaponiyanın Yamaha  şəhərində keçirilən “Okean”adlı beynəlxalq  müsabiqədə qızıl medala layiq görülmüşdür.

Nərminə Vəliyeva 2007-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2005-сi ildən Azərbaycan Rəssamlar İttifaqının Gənclər bölməsinin üzvüdür.

Tokiada keçirilən beynəlxaq ekoloji müsabiqəsinin “İnternational qalibi” olmuşdur. O, 2001-ci ildə Amerikanın uşaq internet muzeyinin “Kiberkidzin”qalibi olmuşdur.

Gənc rəssam 2002-ci ildə Rusiya Dövlətinin ümumrusiya imicmeykerlər assosasiyasının keçirdiyi “İlk addım” gənc modelyer-dizaynerlərin müsabiqəsində Qran-Pri mükafatını qazanaraq  Moskvaya müsabiqənin final mərhələsinə iştirak etmək üçün göndərilmişdir. Moskvada isə iki nominasiya üzrə qalib mükafatı və medalına layiq görülmüşdür. O, 2002, 2003 və 2004-cü illərdə Yunisefin keçirtdiyi müsabiqələrdə qalib olmuşdur.

Nərminə Vəliyeva  2003-cü ildə Vaşinqtonda keçirilən “Mən XXI əsrdə”ekoloji müsabiqəsinin qalibi olmuş və Amerikaya dəvət almışdır. O, 2004-2005-2006-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının və Azərbayacan Mədəniyyət və Turizm nazirliyinin keçirtdiyi  müsabiqələrdə iştirak etmiş və  diplomlarla təltif olunmuşdur. O, 2006-cı ildə Amerikada keçirilən fenomenal uşaqların festivalına dəvət almış və həmən ildən etibarən Ümumdünya Uşaq Yaradıcılıq Fondunun üzvüdür. 2007-ci ildə Alman Səfirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkil etdiyi “Almaniya 3 rəngdə” adlı rəsm müsabiqəsinin qalibi olmuş və Almaniyada məşhur rəssam Stephan Geislerden master dərsləri almağa göndərilmişdir.

O, 2009-2010-cu ildə Amerika Səfirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkil etdiyi “Amerika mənim gözlərimlə”müsabiqəsində uğurlu iştirakına görə xüsusi sertifikatla mükafatlandırılmışdır. Rəssam 2010-cu ildə İsveç Səfirliyi və RİQC-in buraxdığı “Azərbaycan adət-ənənələrindən Gender Rolları” kitabının rəssamı olmuşdur.

Rəssam 2010-cu ildə gənclər arasında “İlin ən yaxşı rəssamı” adına layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Tiflis Rəssamlıq Akademiyasının birgə təşkil etdiyi simpoziumda uğurlu iştirak etmiş,Tiflis Rəssamlıq Akademiyasında təşkil olunan sərgidə əsərləri nümayiş olunmuşdur. Nərminə Vəliyeva 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Mimar Sinan Universitetinin birgə təşkil etdiyi beynəlxalq “Sərhədsiz İncəsənət”adlı simpoziumda birinci yerə layiq görülmüşdür.

Rəssam haqqında 2 sənədli film çəkilmişdir. Filimlərin biri dövlət sifarişi ilə Azərbaycan Dövlət Radio-Televiziya şirkətinin “Sənədli filmlər ekranı” baş redaksiyası 45 dəqiqəlik “Ruhun rəngləri”adlı sənədli film digəri isə Lider TV Azərbaycan Televiziya filmləri sənədli filmlər studiyası “Rənglərdən süzülən işıq” filmidir.

O, 2012-ci ildən Prezident təqaüdçüsüdür.

Nərminə Vəliyevanın 1999-cu ildə Türkiyə, İstanbul şəhəri, Bakı Uşaq Rəsm Qalereyası, 2003-cü ildə Azərbaycan Mədəniyyət Nazirliyi və Estoniya Mədəniyyət Nazirliyinin təşkili ilə Estoniyanın Tallen şəhəri, 2003-cü ildə Bakı şəhəri Vəcihə Səmədova adına mərkəzi sərgi salonu,  2003-cü ildə Memarlıq və İnşaat   Universiteti, 2012-ci ildə Amerikanın Vircinia ştatında yerləşən Corc Maison Universiteti,  2012-ci ildə Almaniyanın Berlin şəhərində Direktoranhause adlı sərgi salonu,  2013-cü ildə İtaliya Roma şəhəri Comforti sərgi salonu, 2013-cü il Avstraliya Melburn şəhəri,  2014-cü ildə Lukseburq şəhəri, 2015-ci ildə Budapeşt şəhəri,  2014-2016-cı iller Luksemburq ve Paris şəhərləri və 2015-ci ildə Milli İncənəsət muzeyində fərdi sərgiləri keçirilmişdir. O. 2014-cu ildə Amerika Vaşinqton ştatında ustad dərsləri almışdır.

Nərminə Vəliyeva 2014-cü ilden Beynəlxalq Qadın Rəssamlar Assosasiyasının üzvü, 2007-ci ildən Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun Reyasət Heyyətinin  üzvü olmuşdur. Rəssam 2007-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2005-сi ildən Azərbaycan Rəssamlar İttifaqının Gənclər bölməsinin, 2014-cu ilden Aktiv Sanatçılar Birliyinin üzvüdür.

Onun əsərləri ümummilli lider Heydər Əliyev, SSR-i xalq artisti Rəşid Behbudovun ev muzeyi, SSR-i xalq artisti Müslüm Maqomayev, Fransanın eks prezidenti Jak Şirak, Rusiya Federasiyasının Prezidenti Valadimir Putin, NİCEF-in MDB dövləti üzrə koordinatoru cənab Robert Kohan, Estoniya Mədəniyyət Naziri Urnas Past, Estoniya Parlamentinin vitse-spikeri xanım Siriya Grosman Lot, BMT başçısının müavini xanım Raziyə İsmayıl Abbasi, Microsoftun prezidenti Bill Gates, Google İnformasiya Mərkəzinin Prezidenti ve bir çox tanınmış insanların şəxsi kolleksiyalarında saxlanılır.

HOKMRANLIQ130150.jpeg

“Hökmranlıq”

Nərminə Vəliyevanın “Hökmranlıq” əsərində ətrafında qarğalar uçuşan, qara libasda, başı dik şəkildə, saçsız təsvir olunmuş qadın obrazı yaradılmışdır. Yağlı boya texnikasında işlənmiş əsərdə tünd rənglər üstünlük təşkil edir. Fon açıq, qadının əynindəki libas isə qara rəngdə təsvir olunmuşdur.

tenhaliq150170

“Tənhalıq”

Gənc rəssam Nərminə Vəliyevanın “Tənhalıq” əsərdə  iki əli ilə gülləri sinəsinə sıxmış, başını bir qədər sola əymiş saçları olmayan, çiyninə bayquş qonan bir qadın obrazı yaradılmışdır. Qadının üz ifadəsi bir qədər fikirli və qəmlidir. Arxa fonda yarpaqları olmayan ağac budaqları təsvir olunmuşdur. Koloritə gəldikdə isə açıq rənglər üstünlük təşkil edir. Fon ağ bənövşəyi rəngdə, əynindəki libası ağ rəngdədir. Əlindəki çiçəklər isə rəngarəngdir. Yağlı boya texnikasında işlənmiş əsərdə melanxolik əhval-ruhiyyə hökm sürür.

zerif-quba-120155

“Zərif Quba”

Nərminə Vəliyevanın “Zərif Quba” əsərində üzündə üzü qəfəsin içində zərif bir xanım, ətrafında quşlar və qarşısında çox sayda yaşıl alma öz əksini tapmışdır. Rəssam əsasən göy, yaşıl, qəhvəyi rənglərdən istifadə etmişdir. O, yağlı boyanı kətan üzərinə mazoklarla işləyərək rənglər vasitəsilə  qabarıqlıq  effekti yaratmışdır. Qızın üzünü qəfəsdə təsvir etməklə qadın zərifliyi və gözəlliyinin yad təsirlərdən qorunmağa ehtiyacı olduğunu fikrini verməyə çalışmışdır.

sevgi150165

“Sevgi”

Nərminə Vəliyeva “Sevgi” əsəri rəssamın xəyalındakı sevgini əks etdirir. Tablonun mərkəzində əlini sinəsinə qoyub, başını bir qədər sağa əymiş, uzunsov başlı, saçsız qadın və ətrafında çəhrayi rəngli çox sayda flaminqo təsvir olunmuşdur. Yağlı boya texnikası ilə işlənmiş əsərdə açıq rənglər üstünlük təşkil edir. Çəhrayı və yaşıl rənglərin ahəngi əsərə xüsusi canlılıq verib.

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma