Abbas Məmmədov

“Rəssam üçün ən faciəvi bir an  onun öz potensialını sonunadək istifadə edə bilməməsidir.”

Abbas Məmmədov

Abbas Məmmədov 1986-cı il 11 fevral tarixində Bakı şəhərində anadan olmuşdur. O, 2001-2005-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət İncəsənət kollecinin rəngkarlıq fakültəsinin, 2005-2009-cu ildə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsində təhsil almışdır. Abbas Məmmədov 2003-cü ildə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı məzunlarının sərgisinin, 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sərgi salonunda keçirilən “Almaniya bir rəssamın gözüylə” sərgisinin, 2008-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda keçirilən 2 Fevral Gənclər Gününə həsr olunmuş sərginin , 2009-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sərgi salonunda keçirilən “Amerika mənim gözlərimlə” sərgisinin , 2009-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sərgi salonunda keçirilən “iki dövlət bir millət” sərgisinin iştirakçısı olmuşdur . O,  2009-cu ildə “Abşeron” rəsm qalereyasının təsisçisi Eldəniz İbrahimovun  təşəbbüsü ilə nəşr olunan “Azərbaycan Gənc Rəssamları” adlı kitabda “Mis qablarla natürmort” əsəri , 2012-ci ildə isə “Abşeron” rəsm qalereyasının təsisçisi Eldəniz İbrahimovun təşəbbüsü ilə nəşr olunan “Azərbaycan Gənc Rəssamları” adlı kitabda “Üzüm və xrizantenalarla natürmort” əsəri yer almışdır.  Abbas Məmmədov 2012-ci ildə SOCAR-ın təşkil etdiyi “İncəsənət enerjisi. Art Energy” adlı sərgidə “Keçmişdən gələcəyə” adlı əsərilə, 2012-ci ildə Səttar Bəhlulzadə adına qalereyanın sərgi salonunda keçirlən Novruz bayramına həsr olunmuş sərgidə “Güllər” əsərilə , 2013-cü ildə  Muzey Mərkəzində keçirilən sərgidə “Venesiyada Günorta” əsərilə iştirak etmişdir.  O, 2013-cü ildə Cavid Hüseyn və Vasif Hüseynovla birgə keçirilən fərdi sərgidə öz əsəri ilə iştirak etmişdir. 2014-cü ildə Muzey Mərkəzində keçirlən 8 mart qadınlar bayramına həsr olunmuş səregidə “Venera güzgü qarşısında ” əsərilə iştirak etmişdir. 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda keçirlən 2 Fevral Gənclər Gününə həsr olunmuş sərgidə iştirak etmişdir. O, 2007-ci ildə Rəssamlar İttifaqının üzvü olmuşdur.

ic%c9%99ri-s%c9%99h%c9%99r-2012-50-70-sm-k%c9%99tanyb

“İçərişəhər”, 2012

2012-ci ildə realizm üslubunda işlənmiş əsərdə Bakının ən qədim hissəsi, tarixi-memarlıq qoruğu olan İçərişəhərdə bir-iki mərtəbəli köhnə şəhər evləri və qədim məscid və küçədə hərəkət edən bu qədim yaşayış məskəninin sakinləri öz əksini tapmışdır. Səmanı açıq mavi və ağ tonlardan istifadə etsə də, rəssam tabloda əsasən solğun rənglərdən istifadə etməklə qədim bir mənzərə ab-havası yaratmışdır. Rəssamın yağlı boya texnikasında işlədiyi əsərdir.

kecmisd%c9%99n-g%c9%99l%c9%99c%c9%99y%c9%99-2012-75-95-sm-k%c9%99tan-yb

“Keçmişdən Gələcəyə”, 2012

Abbas Məmmədovun realist incəsənət nümunəsi olan “Keçmişdən Gələcəyə” adlı əsərini 2012-ci ildə işləmişdir. Gənc fırça ustası tabloda milli naxışlarla toxnmuş Azərbaycan xalçası, hərb alətləri, qədim və müasir memarlıq abidələrini təsvir edərək milliliklə müasirliyin sintezini yaratmağa nail olmuşdur. Rəng çalarlarında mavi, sarı, qəhvəyi, qırmızı, yaşıl tonlardan istifadə edilib. Soyuq və isti rənglərin ahəngi əsərə xususi canlılıq verib. Yağlı boya texnikası ilə işlənmiş əsərdir.

uzum-v%c9%99-%c9%99ncirl%c9%99-naturmort-2015-60-80-sm-k%c9%99tanyb

“Üzüm və əncirlə natürmort”, 2015

Abbas Məmmədovun natürmort janrında olan bu incəsənət nümunəsi 2015-ci ildə işlənmişdir. Əsərdə arxa fonda divardan asılmış və masanın üstünə sərilmiş Azərbaycan xalçası, onun üstündə içinde payız meyvələri; üzüm və əncir olan sini, sağ tərəfində isə kiçik səhəng təsvir olunmuşdur. Adətən, natürmortu ölü, hərəkətsiz, enerjisiz təsviri sənət janrı hesab edirlər. Amma bu sözləri gənc rəssam Abbas Məmmədovun natürmortlarına aid etmək olmaz çünkü, onun natürmortları olduqca canlı ve enerjilidir. Realist üslubda işlənən bu əsərdə gənc rəssam  detalları xalça naxışlarında və meyvələrdə soyuq və isti rənglərin sintezini uğurlu şəkildə verərək milli ab-hava yaratmağı bacarmışdır. Kətan üzerinə yağlı boya texnikası ilə işlənmişdir.

mugam-2016-50-60-sm-k%c9%99tanyb

“Muğam”, 2016

Abbas Məmmədovun “Muğam” adlı natürmort əsəri realist incəsənət nümunəsi olub 2016-cı ildə işlənmişdir. Əsərdə daş divardan asılmış qədim Azərbaycan xalçası üstündə milli musiqi alətlərimiz olan tar, kamança və qavaldan ibarət klassik muğam triosu təsvir olunmuşdur. Gənc fırça ustası şux, əlvan rənglərdən  istifadə etməklə tabloda milli ab-hava yaratmağı bacarmışdır.

looking-along-the-rio-malpaga-a-canal-near-campo-san-barnaba-2016-40-60-cm-oil-on-canvas

“Venesiya”, 2016

Gənc rəssam Abbas Məmmədovun “Venesiya” əsəri reslist incəsənət nümunəsi olub 2016-ci ildə işlənmişdir. Əsərdə İtaliyanın Venesiya şəhərində kanal, qayıqlar və iki-üç mərtəbəli qədim şəhər evləri təsvir olunmuşdur. Rəssam əsasən açıq rənglərdən istifadə etməklə isti ab-hava yaratmışdır . Yağlı boya texnikasında işlənmiş əsərdir.

baki-limani-2016-55-75-sm-k%c9%99tanyb

“Bakı limanı”, 2016

Abbas Məmmədovun “Bakı limanı” əsəri realist nümunəsi olub 2016-cı ildə işlənmişdir. Tabloda Xəzər dənizi və sahilində yerləşən Azərbaycanın  simvollarından biri olan Qız qalası və ətrafında yerləşən bir-iki mərtəbəli köhnə şəhər evləri öz əksini tapmışdır. Əsərdə rəssam əsasən solğun tünd rənglərdən istifadə etməklə havanın soyuq ab-havasını  yarada bilmişdir. Havanın soyuq və küləkli olduğunu daha ifadəli təsvir etmək üçün rəssam özünü sahildəki böyük daşlara çırpan dalğalar çəkmişdir. Əsər yağlı boya texnikasında işlənmişdir.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma