Imran Mehdiyev

“İstərdim insanlar heykəltərşlıq əsərlərinə sifariş və ya qəbirstanlıq daşı kimi baxmasınlar. Sadəcə həmin əsərə baxıb fikirləşsinlər.”

                                                                                                                             İmran Mehdiyev

İmran Mehdiyev 1991 ci il sentyabrın 20-də Bakı şəhərində anadan olmuşdur. İmran Mehdiyev 2009 cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin bakalavr, 2013 cü ildə isə magistratura pilləsinə daxil olmuşdur. Hal hazırda doktarantura pilləsində təhsil alır.
Heykəltəraş beynəlxalq və respublika üzrə sərgilərin iştrakçısı və qalibi, heykəltəraşlıq üzrə keçirilən beynəlxalq simpozumun iştrakçısı və diplomatı (Moskva 2011, Burqanov center, qırmızı diplom) olmuşdur.
O, 2013-cü ildə Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş ” Neft Azərbaycanın sərvətidir” sergi-müsabiqəsində əldə etdiyi nəaliyyətə görə mükafata layiq gorülmüşdür.
İmran Mehdiyev “Sərhədsiz incəsənət ” beynəlxalq simpozum (Azərbaycan-Türkiyə 2013), “Jeunes Peintres d’Azerbaijan en Belgique” (2015 Belçika), “Düymə” sərgisinin ( Asima Səmədli, Vüsalə Ağarazıyeva, Mehriban Şəmsəddinskaya ile birlikdə. Bakı 2015) iştirakçısı olmuşdur. O, Müslüm Maqomayev heykəlinin (Müslüm Maqomayev adina 26 saylı musiqi mektebində) və ”Xurşidbanu Natəvan” heykəlinin (Belçika-Vaterloo) müəllifidir.

2014-12-22 13.18.36.jpg

“Müslüm Maqomayev”, 2011– ci il

İmran Mehdiyev görkəmli Azərbaycan opera və estrada müğənnisi, bəstəkar, xalq artisti Müslüm Maqomayevin büstünü 2011–ci ildə işləmişdır. Gipsdən hazırlanmış bu əsər Bakıda – dünyaşöhrətli məşhur həmyerlimizin adını daşıyan 26 saylı musiqi məktəbində yerləşir. Bu əsərdə gənc heykəltəraş görkəmli müğənninin zahiri oxşarlığı ilə bərabər, plastik tutumu obrazlaşmış portretə çevirməyə nail olmuşdur. Bəyaz şaquli kürsünün mərkəzində – qara mərmər üzərində nəfis xətlə “Müslüm Maqomayev” sözləri yazılmışdır.

Donmush ezab. Xocali soyqrimina hesr olunmush Berlinde saxlanilir.jpg
“Donmuş əzab”, 2013–сü il.

İmran Mehdiyevin Xocalı soyqrımına həsr olunmuş “Donmuş əzab” heykəli 2013–cü ildə hazırlanmışdır. Gənc heykəltəraşın Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı faciəsi qurbanlarına həsr etdiyi “Donmuş əzab” əsəri də “Cavad xan” heykəli kimi plastik nümunələrdəndir. Yarıçılpaq kişi fiqurunun dəhşətli fevral gecəsində yaşadığı ağrılarla baş-başa qaldığı bu əsərdə aydın duyulur. Şaquli kompozisiyanın axıcı-dramatik ritmini ifadə etməyi bacaran istdadlı tişə ustası, hadisə qurbanının obrazını yaratmaqla, əsərin cəlbedici və təsirli olmasına nail olmuşdur. Qalvanikadan hazırlanmış bu dəyərli sənət nümunəsi Almaniyanın paytaxtı Berlin şəhərində muzeydə saxlanılır.

Nirvana.jpg

“Nirvana”, 2013–cü il.

Heykəltəraş İmran Mehdiyevin “Nirvana” adlı kompozisiyası 2013–cü ildə Bakıda keçirilən “Sərhədsiz incəsənət” (Azərbaycan-Türkiyə, 2013) beynəlxalq simpoziumunda nümayiş olunmuşdur. Gənc tişə ustasının plastilindən hazırladığı bu əsər sənətsevərlərlə yanaşı, tələbkar həmkarlarının da diqqətini çəkmişdi.

Cavad xani diplom ishi bakalavr.jpg

“Cavad xan” heykəli (Bakalavr diplom işi), 2013–cü il.

İmran Mehdiyevin 2013-cü ildə bakalavr diplom işi olaraq işlədiyi “Cavad xan” heykəli onun ən uğurlu işlərindən biridir. Gənc tişə ustası Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanını düşündürücü bir pozada təsvir etmişdir. O, əlində qılınc, ayaqüstə, başı dik, məğrur şəkildə dayanmışdır. Düşmənin təslim olmaq təklifindən imtina etdiyi əli qılınclı duruşundan hiss olunan qəhrəman sərkərdə qürurlu bir vəziyyətdə plastik görkəm almışdır. Gəncəli xanın qürur dolu pozasında əzmkarlıq, düşmənə təslim olmaqdan uzaq olan bir bədii-psixoloji durum hiss olunmaqdadır. Gildən hazırladığı bu əsərində gənc heykəltəraş böyük sərkərdənin duruşunda və üz ifadəsində onun cəsur, mərdliyini uğurlu şəkildə ifadə edə bilmişdir, desək yanılmarıq.

gimnastika.jpg

“Gimnastika”, 2014–cü il.

“Gimnastika” heykəli 2014–cü ildə hazırlanmışdır. Gənc heykəltəraşın plastilindən hazırladığı “Gimnastika” əsəri dəzgah heykəltəraşlığı nümunələrində də plastikanın müxtəlif qatlarındakı gözəllik qaynaqlarını üzə çıxarmaq, bir çox hallarda onları fəlsəfi məna vermək istəyi duyulur. Elə onun əsərlərini başqalarından fərqləndirən də gənc tişə ustasının tamaşaçısını düşündürməsi, plastik nümunəni dialoq vasitəsinə çevirməsidir.

Xurshidbanu Natavan.jpg

“Xurşidbanu Natəvan”, 2015–ci il

İmran Mehdiyevin uğurlu işlərindən biri də XIX əsr Azərbaycanın görkəmli şairəsi “Xurşidbanu Natəvan”ın heykəlidir. Zəngin geyinmiş “Xan qızı”nın oturmuş vəziyyətdə hazırlanmış fiquru plastik həllinə və yapma incəliklərinə görə fərqlənir. Müəllif bürüncdən hazırladığı bu heykəldə el arasında böyük nüfuz sahibi olan şairənin lirik-psixoloji tutumlu, yaddaqalan obrazını yaratmışdır. Əsərdə Natəvanın düşüncəli və qəmli görkəmi onun həyatının təzadlı, ağrılı-acılı keçdiyinə bədii işarə kimi qəbul olunur. Gənc heykəltəraşın bu dəyərli sənət nümunəsi Belçikanın Waterloo şəhərində parkda ucaldılıb.

adem-ve-hevva-magistr-diplom-ishi

“Adəm və Həvva” (Magistr diplom işi), 2015–ci il

İmran Mehdiyevin magistr diplom işi olan “Adəm və Həvva” heykəli 2015 – ci ildə hazırlanmışdır. Gənc heykəltəraşın fəlsəfi münasibəti ilə seçilən gildən hazırladığı bu ikifiqurlu Adəm və Həvva obrazı özünəməxsus bədii-estetik keyfiyyətləri ilə seçilir. İki gəncin üz-üzə qalan, baxışlarında baş verən mənəvi-psixoloji durumun yaşandığını duymaq olur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma